bazar 11 oktyabr 2026 - 18:29
“Ənsarullah” hərəkatının üzvü: 12 ildir Yəməndə qətliam və mühasirə qarşısında susursunuz! İndi isə Ər-Riyad hava limanına görə narahat olmusunuz?!

Hövzə/ Yəmənin “Ənsarullah” hərəkatının üzvü Məhəmməd əl-Fərəh Yəmənə qarşı 12 ildir davam edən hücumlar və mühasirə qarşısında bəzi ölkələrin susqunluğunu tənqid edərək, Sənanın hədəflər siyahısının geniş olduğunu, dəqiq silahların və gözlənilməz əməliyyatların isə hələ döyüş meydanına daxil edilmədiyini vurğulayıb.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Yəmənin “Ənsarullah” hərəkatının üzvü Ər-Riyad hava limanına hücumla bağlı bəzi şəxslərin mövqelərinə münasibət bildirərək, qarşıdakı cavab zərbələri və Səna şəhərinin hərbi imkanları barədə danışıb.

“Ənsarullah” hərəkatının üzvü Məhəmməd əl-Fərəh 12 il ərzində Yəmənin hava limanlarını dağıdan təcavüzkar və cinayətkar tərəf kimi Səudiyyə Ərəbistanına dəstək verən və bəzi şəxslərin timsalında özünü göstərən “timsah göz yaşları”na etiraz edib. O, Sənanın hədəflər siyahısının geniş olduğunu və dəqiq silahların hələ döyüş meydanına daxil edilmədiyini vurğulayıb.

Məhəmməd əl-Fərəh Ər-Riyad hava limanının bombalanmasını pisləyən və Yəmənin bütün hava limanlarını dağıdaraq 12 il ərzində onların fəaliyyətini dayandıran təcavüzkar və cinayətkar tərəf — Səudiyyə Ərəbistanının mövqeyini müdafiə edənlərə müraciətlə deyib:

“Onlara deyirik: Özünüzü qınaqlardan, fəryadlardan və timsah göz yaşları tökməkdən xilas edin. Yəmənin hədəflər siyahısı genişdir. Dəqiq silahlar və gözlənilməz addımlar da Allahın izni ilə döyüş meydanına daxil olacaq.

12 ildir öldürülən və mühasirədə saxlanılan xalqımız, bu xalqın başına gətirilənlər barədə sizdən heç bir qınaq eşitmədiyi halda, Allahın köməyi ilə öz haqqını alacaq və şübhəsiz, azadlığa qovuşacaq.

Sizin fəryad və şikayətləriniz bizim üçün yalnız bir məna daşıyır: uşaqlarımızı öldürən və ölkəmizi dağıdan cinayətkar düşmən zərər görüb, ağrı çəkib və dözülməz vəziyyətə düşüb. Bu, həm də indiyədək aldığı zərbələrin ağrılı olduğunu göstərir. Həmin düşmən xalqımıza içirdilən acı kasanı özü də içməlidir”.

Mənbə: 26sep.net


 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha